Paytaxtda daha bir küçə təmir olunur-VİDEO

Bakı şəhərində avtonəqliyyat vasitələrinin və piyadaların rahat, maneəsiz və təhlükəsiz şəkildə hərəkətini təmin etmək istiqamətində “Azəravtoyol” ASC tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində Binəqədi rayonu Cəfər Xəndan küçəsinin daha bir hissəsində təmir işləri aparılır. “Azəravtoyol” ASC-dən "Yeniavaz.com"a verilən məlumata görə təmir işləri Cəfər Xəndan küçəsinin İbrahimpaşa Dadaşov küçəsi və Azadlıq prospekti arasında yerləşən 550 metrlik hissəsində aparılır. Burda da köhnə asfalt-beton örtük 2 qat olmaqla yenisi ilə əvəz olunur. Bu səbəbdən küçənin sözügedən hissəsində avtonəqliyyat vasitələrini hərəkəti qısa müddətlik məhdudlaşdırılıb.

Yol temir

DİGƏR XƏBƏRLƏR

Top