2 min suriyalı ailəyə Türkiyə vətəndaşlığı verilə bilər

İstanbulda yaşayan 540 min suriyalıdan 2 min ailəyə Türkiyə vətəndaşlığının verilməsi üçün müvafiq sənədlər hazırlanaraq Nazirlər Kabinetinə göndərilib. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu İstanbul valisi Vasip Şahin deyib. Onun sözlərinə görə, bu sənədlər daha əvvəlcədən başlanılaraq adi qaydada hazırlanır. Vali qeyd edib ki, Türkiyə vətəndaşlığına ilk növbədə xüsusi qabiliyyətli suriyalılar qəbul ediləcək: “Nazirlər Kabineti, öz növbəsində göndərdiyimiz siyahıdan gərəkli şəxsləri seçəcək”. Bununla belə, V. Şahin qeyd edib ki, suriyalılara şəxsiyyət vəsiqələri 16 aprel tarixindən, yəni konstitusiyaya dəyişikliklər üzrə keçiriləcək referendumdan öncə verilməsi mümkün olmayacaq və bu proses vaxt aparacaq.

DİGƏR XƏBƏRLƏR

Top