Gürcü alimi: "1990-cı illərdə Ermənistan millətçilik xəstəliyinə yoluxdu"

Ötən əsrin 90-cı illərində Ermənistanda millətçilik xəstəliyi geniş şəkildə yayılmağa başladı. "Yeniavaz.com"un "Vestnik Kavkaza" saytına istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstan Demoqrafik Cəmiyyətinin prezidenti professor Anzor Totadze Xocalı soyqırımı nəticəsində baş verən humanitar faciə ilə bağlı keçirilən beynəlxalq konfransdakı çıxışında deyib. Onun sözlərinə görə, Ermənistan tərəfindən tarixi faktların saxtalaşdırılması qonşu ölkələrə qarşı ərazi iddialarına gətirib çıxarıb: "Bu gün Ermənistanda nəşr edilən kitablarda deyilir ki, Gürcüstanın ərazisi olan Samtsxe-Cavaxetiya qədim erməni torpağıdır. Guya bu ərazilər 1921-ci ildə süni şəkildə Gürcüstana biləşdirilib".

Totadze eyni oyunların ermənilər tərəfindən də Dağlıq Qarabğada da oynanıldığını, ancaq bunun yaxşı heç nəyə gətirib çıxarmadığını, əssasız ərazi iddialarının hər iki tərəfdən günahsız insanların ölümlərinə yol açdığını vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top