ABŞ prezidenti Donald Tramp eks dövlət başçısı Barak Obamanın təşəbbüs göstərdiyi Amerika məktəblərində transgenderlər üçün ayaqyolları haqqında qaydanı ləğv edib. “Yeniavaz.com”un DW-yə istinadən verdiyi məlumata görə, ölkənin Ədliyyə və Təhsil nazirlikləri 2015-2016-cı illərdə təhsil müəssisələri üçün bioloji cinsiyyət əsasında deyil, gender eyniliyi əsasında obyektlərə buraxılış üzrə hazırlanmış qaydaları ləğv edib. Qeyd edək ki, B. Obamanın müdaxiləsi sayəsində məktəbli transgenderlərə öz cinsiyyətləri barədə təsəvvürlərindən çıxış edərək ayaqyolu və geyinib-soyunma otaqlarını seçmək imkanı təklif edilirdi. Lakin bu qaydalar qüvvəyə minməmişdi, çünki 2016-cı ilin avqustunda Texasda hakim tərəfindən müvəqqəti blok edilmişdi.