Avstriya Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyəcək

ATƏT-ə üzv olan ölkələrin ərazilərində baş verən etnik toqquşmalar kifayət qədər böyük dağıntılara və insan əzablarına səbəb olub. "Yeniavaz.com"un tert.am-a istinadən verdiyi məlumata görə, bunu BMT Təhlükəsizlik Şurasının iclasındakı çıxışında ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın Xarici işlər naziri Sebastyan Kurts deyib. Diplomatın sözlərinə görə, ATƏT daxilindəki bütün münaqişələr sülh yolu ilə həll edilməlidir: "Avstriya ATƏT-in fəaliyyətdə olan sədri kimi Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya, Dnestryanı da daxil olmaqla bütün münaqişələrin sülh yolu ilə həlli cəhdlərini dəstəkləyir".

DİGƏR XƏBƏRLƏR

Top