Cəriməsini ödəyib, amma sistemdən silinmədiyi üçün üzərinə faiz gəlib-VİDEO

Çingiz Cavadov adlı sürücü sərxoş şəkildə avtomobili idarə etdiyinə görə ona təyin edilmiş cəriməni ödəsə də, hələ də həmin məsələ qapanmayıb. Sonradan məlum olub ki, onun ödədiyi cərimə yol polisinin məlumat bazasından silinməyib. Hələ bu azmış kimi, 400 manatlıq cərimənin üzərinə faiz də gəlib. Sistemdə cərimənin ödənmədiyi görünsə də, sürücüdə ödənişi etdiyinə dair qəbz var və qəbz bankın xəzinədarı tərəfindən təsdiq edilib. Cərimə sistemdə ödənməmiş göründüyü üçün hər dəfə yol polisləri maşını saxlayaraq duracağa qoyurlar.

Məsələ ilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirdi ki, cərimənin ödənildiyi bank və yol polisinin məlumat bazasının inteqrasiyasında müəyyən texniki problem ola bilər və nəticədə cərimə ödənilməmiş kimi qeyd edilib. Amma sürücü ödəniş qəbzini təqdim edərsə, sistemdəki problem aradan qaldırılacaq.Xezerxeber.az

Cəriməsini ödəyib, amma sistemdən silinmədiyi üçün üzərinə faiz gəlib

DİGƏR XƏBƏRLƏR

Top