İsrafçılıq ərzaq təhlükəsizliyinin əsas düşmənidir ARAŞDRMA

Kanadada aparılan araşdırmaya görə, dünyada istehsal edilən ərzaq məhsullarının 20 faizi israf, həddən artıq istehlak və korlanma səbəbilə xarab olur. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Edinburq Universitetinin elm adamları müəyyən ediblər ki, dünyada istehsal edilən qidaların 10 faizi ehtiyacdan artıq istehlak edilir, 9 faizi isə israf edilir. Araşdırmaya əsasən, ehtiyacdan artıq istehlak və israfçılıq səbəbilə istehsalın yarısına bərabər olan 2,1 milyard ton kənd təsərrüfatı məhsulu boşa gedir, heyvandarlıq da xeyli itkilərə yol verilir. Ət və süd məhsulları başda olmaqla tələbin artmasının qlobal qida sistemində məhsuldarlığı azaldacağına işarət edən araşdırmaçılar bunun dünyanın artan əhalisi arasında kifayət qədər qıda bölgüsünə əngəl olduğunu vurğulayıblar.

DİGƏR XƏBƏRLƏR

Top