Almaniyada polis qaçqınların telefonuna giriş əldə edəcək

Almaniya hökuməti qanunsuz miqrantların ölkədən çıxarılmasını tezləşdirəcək qanun layihəsini qəbul edib. “Yeniavaz.com”un “Euronews” telekanalına istinadən verdiyi məlumata görə, bu təşəbbüs sayəsində polis potensial təhlükəli hesab etdiyi qaçqınların gələcəkdə ekstradiyası üçün onların həbsə salınması prosesi sadələşdiriləcək. Bəzi hallarda isə miqrantlar elektron bilərziklər taxmağa məcbur edilə bilər. Bundan əlavə bu qanun polisin qaçqınların mobil telefondakı məlumatlarına girişinə icazə verəcək. Qanun layihəsi hələ parlament tərəfindən qəbul edilməlidir.

DİGƏR XƏBƏRLƏR

Top