“Facebook” Putinin müşavirinin səhifəsini azərbaycanlıya görə blok etdi

“Facebook” sosial şəbəkəsi Rusiya prezidentinin intermet üzrə müşaviri German Klimenkonun səhifəsini 3 gün müddətinə blok edib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə G. Klimenkonun özü digər sosial şəbəkədə - “Vkontakte”də məlumat verib. Səhifənin blok edilməsi barədə “Facebook”dan G. Klimenkoya bildiriş gəlib.

Bildirişdə deyilir: “Klimenkonun “Facebook”da dərc etditi materiallara giriş ləğv edilib. Belə ki, sosial şəbəkə üçüncü şəxsdən həmin materialların müəllif hüquqlarını pozduğuna dair məlumat alıb. Əgər siz hər hansı bir şəxsin hüquqlarını və ya qanunu pozan materiallar dərc etməyə davam edərsinizsə, “Facebook”da materialların dərc edilməsinə girişiniz və ya həyyat sizin akkauntunuz həmişəlik blok edilə bilər”. Qeyd edək ki, söhbət G. Klimenkonun istifadəçi Stalik Xankişiyevin materiallarını “Facebook”da yenidən paylaşmasından gedir. G. Klimenko həmin şəxslə son günlər mübahisə edib.

1962-ci ildə Özbəkistanda anadan olan S. Xankişiyev kulinar, yazıçı və fotoqrafdır. Atası azərbaycanlı, anası isə almandır.

DİGƏR XƏBƏRLƏR

Top