Türkiyədən Suriyalılarla bağlı açıqlama


Türkiyə Baş nazirinin müavini Veysi Kaynak ilk mərhələdə 80 min Suriyalıya Türk vətəndaşlığının verilməsi üçün işlərin davam etdiyini, ancaq bu istiqamətdəki addımların 16 apreldəki referendumdan sonraya qalacağını deyib. “Yeniavaz.com” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Veysi Kaynak bu barədə mətbuata açıqlama verib: “İndiyə qədər müəyyənləşdirdiyimiz vətəndaşlıq xüsusiyyətlərinə uyğun, işləri davam etdirilən 20 min Suriyalı ailə var. Bu da ümumilikdə 80 min insan edir. Bunların təhlükəsizlik qismi ilə bağlı araşdırmalar davam etdirilir”. Suriyalı işçilərin sayının 10 mindən çox olduğunu, ixtisas təhsili almış olanların, peşə sahiblərinin və Türkiyədə işləməyə icazəsi olanların vətəndaşlıq imkanından yarararlanacaqlarını bildirən Kaynak, “Suriyalılara referendumdan öncə vətəndaşlıq verib, onların səs verəcəyi barədə müzakirələrin yaranmasını istəmədik. Buna görə hələ ki, bununla bağlı addım atılmadı” deyib.

DİGƏR XƏBƏRLƏR

Top