Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu ilin mayında amerikalı həmkarı Donald Trampla görüşəcək. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib. O bildirib ki, görüş may ayında keçiriləck NATO sammiti çərçivəsində baş tutacaq. Bununla belə, İ. Kalın qeyd edib ki, tərəflər iki prezidentin may ayından əvvəl görüşməsi üçün danışıqlar aparırlar.