"Rusiya Qarabağ münaqişəsinin tərəfləri qane edəcək həll variantının axtarılmasına tərəfdardır"

Rusiya Dağlıq Qarabağ münaqişəsinin hər iki tərəfi qane edən həll variantının axtarılmasını istəyir. "Yeniavaz.com"un nevs.am-a istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya Xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Nalbandyanla görüşdən sonra keçirilən mətbuat konfransında deyib: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin tərəfləri qane edəcək həll variantının axtarılmasına tərəfdardır. Bu həll variantı Azərbaycan və Ermənistan prezidentlərinin, həmçinin ATƏT Minsk Qrupu həmsədrlərinin iştirakı ilə son illərdə tərəflər arasında imzalanan sənədlərə uyğun olmalıdır".

Lavrov həmçinin qeyd edib ki, Rusiya həmsədr ölkələrlə konstruktiv danışıqlara zəmin hazırlanmasına çalışır.

DİGƏR XƏBƏRLƏR

Top