Gürcüstan beynəlxalq ictimaiyyəti Rusiyanın aqressiv siyasətin pisləməyə çağırıb

Gürcüstan Xarici işlər naziri Mixail Canelidze BMT Təhlükəsizlik Şurasunda təşkil edilən "Beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması - Avropada münaqisələr" adlı açıq müzakirələrdəki çıxşında Rusiya ilə münasibətlərin bərpasına tərəfdar olduqlarını deyib. "Yeniavaz.com”un apsny.ge -yə istinadən verdiyi məlumata görə, gürcü nazir buna baxmayaraq Rusiyanın Abxaziya və Cənubi Osetiyanı ilhaq etmə siyasətini davam etdirdiyini söyləyib: "İşğalçı rejimin Cənubi Osetiyada bölgənin adını dəyişdirmək və onu Cənubi Osetiya-Alaniya dövləti adlandırmaq barədə referendum keçirməyə hazırlaşması da Rusiyanın ilhaq siyasətini davam etdirməsinin sübutudur".

Gürcüstan xarici siyasət idarəsinin rəhbəri beynəlxalq ictimaiyyəti Rusiyanın Gürcüstana münasibətdə aqressiv siyasətini pisləməyə və Moskvadan 2008-ci il avqust ayının 12-də imzalanan anlaşmanın şərtlərini yerinə yetrməyə tələb etməyə çağırıb: "Münaqişənin həllində əsas mərhələ Rusiyanın işğal etdiyi ərazilərdən qoşunlarını çıxarması ola bilər."

DİGƏR XƏBƏRLƏR

Top