Rusiya və ABŞ Rəqqada ortaq əməliyyatlara başlaya bilər

Rusiya Müdafiə Naziri Sergey Şoyqu, Rusiya və ABŞ-ın Suriyanın Rəqqa şəhərində İŞİD-ə qarşı ortaq mübarizəyə başlaya biləcəyini açıqlayıb. “Yeniavaz.com” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Şoyqu bu barədə mətbuata açıqlama verib: “Hədəfimiz, səylərimizi birləşdirməkdir. Bunun üçün bütün imkanlara sahibik. Beynəlxalq terror tək düşmənimizdir. Həm biz, həm də amerikalılar bunu düşmən olaraq qəbul edirik. Rəqqadakı vəziyyət hamıya aydındır, orada kim olduğu barədə anlaşılmazlıqlar yoxdur. Ancaq işlərə başlamaq üçün dialoq qurulmalıdır”.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp, yanvarın 29-da ABŞ Baş qərargah rəhbərliyinin İŞİD-i yox etmə planını hazırlamasını nəzərdə tutan fərman imzalamışdı. Tramp, terroristlərə qarşı mübarizədə yeni müttəfiqlərinin olmasını istəyib.

DİGƏR XƏBƏRLƏR

Top