Rusiyada informasiya əməliyyatları qoşunları yaradılıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Dövlət Dumasında çıxış edərkən deyib. Onun sözlərinə görə, bu müddət ərzində informasiya əməliyyatları qoşunları yaradılıb ki, bu da daha səmərəli və güclüdür: “Bu qoşunlar daha əvvəl əks təbliğat adlandırılan daha güclüdür”. S. Şoyqu qeyd edib ki, 2017-ci ildə Rusiyada daha 4 yeni diviziyanın formalaşdırılmasını başa çatdırmaq planlaşdırılır.