Ermənistanda əsgərlərə siqaret çəkmək qadağan edilir

Sabah Ermənistan parlamentində bundan sonra əsgərlərə siqaret və kibrit verilməsini qadağan edən qanun layihəsi müzakirə ediləcək. "Yenivaz.com"un nevs.am-a istinadən verdiyi məlumata görə, qanun layihəsi parlamentdə deputatlara müdafiə naziri Viqen Sarkisyan tərəfindən təqdim ediləcək. Qanun layihəsi Ermənistan tərəfindən 2004-cü ildə ratifikasiya edilən Beynəlxalq Səhiyyə Təşkilatının siqaret çəkilməsinə qarşı mübarizə konvensiyasına, həmçinin ölkədə siqaretə qarşı mübarizə proqramının tələbələrinə uyğun şəkildə hazırlanıb.

DİGƏR XƏBƏRLƏR

Top