Trampın yeni fərmanına əsasən artıq müvəqqəti yaşayış icazəsi olmayan milyonlarla qaçqının, deportasiya edilmək təhlükəsi var. “Yeniavaz.com” Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın Daxili Təhlükəsizlik Naziri Con Kelli, çərşənbə axşamı aidiyyatı qurumlara təlimatnamə yollayıb. Təlimatnamədə müvəqqəti yaşayış icazəsi olmayan, törətdiyi cinayətdən haqqında iddia açılan və ya cinayətkar olan bütün immiqrantların deportasiya edilməsi vurğulanır. Həmçinin saxtakarlıqla məşğul olan, ictimai yardımları sui istifadə edən immiqrantlar da deportasiya ediləcək. Qeyd edək ki, Obamanın dövründə müvəqqəti yaşayış icazəsi olmayan şəxslərdən yalnız cinayət törədənlər deportasiya edilirdi.