Əsəd qüvvələrinin hava zərbələri nəticəsində 7 dinc sakin həlak olub


Suriyada atəşkəs pozuntularını davam etdirən Bəşər Əsəd rejimi ölkənin şimal qərbindəki İdlib şəhərinin Maret əl-Masri bölgəsinə hava hücumu təşkil edib. “Yeniavaz.com” Türkiyə mətbuatına istinadən xəbər verir ki, təşkil olunan hava hücumunda çox sayda vətəndaş yaralanıb, 7 nəfər isə həlak olub. Bölgənin mülki müdafiə nümayəndələrindən olan Yəhya Cavad bildirib ki, Suriya ordusuna məxsus döyüş təyyarələri bölgədə çox sayda evə maddi ziyan vurub. Qeyd edək ki, Suriyada toqquşan tərəflər arasında Türkiyə və Rusiyanın dəstəyi ilə ötən il dekabrın 30-da atəşkəs qüvvəyə minmişdi. Qazaxıstanın paytaxtı Astanada 23-24 yanvarda Suriya barədə keçirilən iclasda Türkiyə, Rusiya və İran atəşkəs pozuntularının qarşısının alınması üçün izləmə mexanizması qurulması barədə razılaşmışdı.

DİGƏR XƏBƏRLƏR

Top