BMT Baş katibi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqları bərpa etməyə çağırıb

BMT Baş katibi Antonio Quterriş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların bərpa edilməsinin vacibliyini bildirib. "Yeniavaz.com"un Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Quterriş sülh anlaşması imzalanmayınca bölgədə münaqişənin yenidən başlaya biləcəyi təhlükəsinin qaldığını söyləyib: "Dondurulmuş münaqişələr termini düzgün ifadə deyil. Nə qədərki tərəflər arasında sülh anlaşması imzalanmayıb, o qədər də bölgədə təhlükələr qalmaqda davam edəcək. Biz 2016-cı ilin aprel ayında bunun şahidi olduq. Biz ATƏT Minsk Qrupunun sülh səylərini dəstəkləyir və tərəflərin gərginliyi artırmaq cəhdlərindən çəkinməsini istəyirik. Mən tərəfləri bölgədə atəşkəs rejiminin qorunub saxlanılması, bundan əvvəlki razılaşmaların yerinə yetirilməsi və danışıqların bərpası üçün siyasi iradə nümayiş etdirməyə çağırıram".

DİGƏR XƏBƏRLƏR

Top