Cenevrədə Suriya ilə bağlı iclas keçiriləcək


İsveçrənin Cenevrə şəhərində sabah keçiriləcək olan və Suriyada siyasi keçidin şərtlərinin danışılacağı iclasdan əvvəl PYD (Demokratik Birlik Partiyası) barədə gərginlik yaranıb. “Yeniavaz.com” Türkiyə mətbuatına istinadən xəbər verir ki, PYD, Rusiyaya və BMT-yə iclasa nümayəndə göndərmək üçün təzyiq edib. Ankara və Suriyalı müxaliflər isə təşkilatın iclasda iştirak etməsinin qarşısını almağa çalışır.
Suriya rejimi və müxalif qruplar arasında 4-cü dəfə keçiriləcək iclas beynəlxalq cəmiyyətin maraq dairəsindədir. Atəşkəsin təmin edilməsi və Astana proseslərinin ardınca ilk dəfə Cenevrədə siyasi keçid, seçkilər və konstitusiya müzakirəyə qoyulacaq. Heyətlər dünən axşamdan Cenevrəyə gedərək iclasın hazırlıqlarına başlayıblar. Diplomatik mənbələrdən verilən məlumata görə, iclasdan əvvəl PYD ilə bağlı gərginlik artır. Suriya torpaqlarının 20%-ni nəzarətdə saxlayan və özləri iştirak etmədikləri üçün Cenevrə iclasının etibarsız olacağını iddia edən PYD, Rusiya və BMT-nin rəhbərliyi ilə keçirilən iclasda iştirak etmək üçün cəhd edir.

DİGƏR XƏBƏRLƏR

Top