Ermənistanın müdafiə naziri "İsgəndər"lə hədələdi

"İsgəndər"lər qarşı tərəfin qızğınbaşla iş görməsinə qarşı çevrilən və onu qərar qəbul edərkən bu amili nəzərə almağa məcbur edən silahdır. "Yeniavaz.com"un nevs.am-a istinadən verdiyi məlumata görə, bu barədə RİA Novosti-yə açıqlamasında Ermənistanın müdafiə naziri Viqen Sarkisyan deyib: "Mən açıq şəkildə bildirmək istəyirəm ki, "İsgəndər"in qarşı tərəfin infrastrukturuna böyük zərər vermə imkanları kifayət qədər böyükdür. "İsgəndər"dən istifadə vəziyyətin hansı istiqamətdə inkişaf etməsindən asılı olacaq. Biz bu silaha daha çox özümüzü sığortalamağa xidmət edən və əsasən cavab zərbəsi silahı kimi baxırıq".

Nazir deyib ki, "İsgəndər"lər Ermənistan ordusuna məxsusdur və onlar xüsusi hazırlıq keçən erməni zabitlər tərəfindən idarə olunur: "Bu silahı hansı pulla, hansı müddətə və nə vaxt almağımıza gəlincə, bu, dövlət sirridir".

DİGƏR XƏBƏRLƏR

Top