Ermənistanın baş naziri İrana səfər edəcək

Ermənistanın baş naziri Karen Karapetyan mart ayının ortalarında İran İslam Respublikasına səfər edəcək. Ermənistan KİV-i xəbər verir ki, Yerevanın Tehrandakı səfiri Artaşes Tumanyanla Tehran Ticarət-Sənaye Palatasının rəhbəri Məsud Xansari onun səfəri ilə bağlı məsələni müzakirə ediblər. Ermənistan səfiri bildirib ki, baş nazirin səfəri iki ölkə prezidentləri arasında əldə edilən razılaşma çərçivəsində reallaşacaq: "Səfər yaxın zamana planlaşdırılıb. Baş nazirin səfəri İranın yeni il bayramınadək, martın 21-dək gerçəkləşə bilər”.Report

DİGƏR XƏBƏRLƏR

Top