Türkiyə Rusiyadan S-400 raketləri alacaq

Türkiyənin raket və hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin milli müdafiə naziri Fikri İşık deyib. Onun sözlərinə görə, hazırda Türkiyənin bu ehtiyacı NATO vasitəsilə qarşılanır: “Ancaq ölkəmizin hava hücumlarına qarşı özünü müdafiə edə biləcək daimi sistemlərə ehtiyacı var. Əsas məqsədimiz öz hava müdafiə sistemlərimizi inkişaf etdirməkdir. Bunun üçün proqrama start vermişik. Lakin bunadək isə müxtəlif ölkələr və şirkətlərlə danışıqlar apardıq. Hazırda Rusiyanın S-400 zenit raket kompleksini almağa daha yaxınıq. Nəzərəçarpacaq irəliləyiş var”. F. İşık S-400 reketlərinin alınmasının ABŞ və NATO-nun hansı reaksiya verəcəyi məsələsinə toxunaraq onların bunu anlayışla qarşılayacağına inandığını vurğulayıb: “Bəzi NATO ölkələrində də alyansdan olmayan sistemlər var”.

DİGƏR XƏBƏRLƏR

Top