Suriyada 14 İŞİD üzvü öldürülüb

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi "Fərat qalxanı” əməliyyatı zamanı İŞİD terror təşkilatının 14 üzvü öldürülüb. “Anadolu” agentliyinin verdiyi xəbərə görə, bu barədə Türkiyə SQ Baş Qərargahı məlumat yayıb. Bildirilir ki, Türkiyə Hərbi-Hava Qüvvələri İŞİD-in 110 mövqeyinə hücum həyata keçirib. Artilleriya hücumu və hava əməliyyatında terrorçuların sığınacaq olaraq istifadə etdiyi 18 bina, 2 silah-sursat anbarı, müdafiə məntəqələri və idarəetmə mərkəzləri məhv edilib.Salamnews

DİGƏR XƏBƏRLƏR

Top