Almaniya ordusu yenidən güclənir: əsgərlərin sayı artırılacaq

2024-cü ilin sonuna Almaniya ordusunun şəxsi heyətinin sayı 20 min artaraq 198 minə çatacaq. “Yeniavaz.com”un “Vzqlyad” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Almaniyanın müdafiə naziri Ursula fon der Lyayen deyib. Onun sözlərinə görə, ordunun mülki əməkdaşlarının sayı isə 61,4 minədək artırılacaq. Müdafiə naziri hərbçilərin sayının artrılmasını yeni təhdidlərlə və ordunun vəzifələrinin sayının çoxalması ilə əlaqələndirib: “Orduya bu gün nadir tələbat var”. O, silahlı qüvvələrin əsas vəzifələri qismində İŞİD terror qruplaşması ilə mübarizəni, Mali və Əfqanıstandakı missiyaları, eləcə də NATO-nun Baltikyanı ölkələrdə missiyada iştirakını göstərib.

DİGƏR XƏBƏRLƏR

Top