Cari ildə Bakıda avtoxuliqanlıq edən 12 nəfər saxlanılıb

Cari ilin əvvəlindən bu vaxta kimi Bakı şəhər ərazisində 83 yol qəza hadisəsi baş verib. Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, baş verən yol qəzalarında ümumulikdə 22 nəfər həyatını itirib, 98 nəfər yaralanıb. Belə ki, ölənlərin yarıdan çoxu piyada vurulması ilə nəticələnən hadisələrdir. Sürət həddinin aşması ümumi hadisələrin 37 faizini təşkil edir. Vaqif Əsədov həmçinin əlavə edib ki, 2017-ci il başlayandan bu vaxta qədər yol polisi tərəfindən 1000-dən artıq sərxoş sürücü aşkarlanıb, avtoxuliqanlıq edən 12 nəfər də saxlanılıb.SalamNews

DİGƏR XƏBƏRLƏR

Top