Nəqliyyat Agentliyi yeni dayanacaqlar müəyyənləşdirib

Daha 17 ünvanda yeni dayanacaq məntəqələri müəyyənləşdirilərək nişanlaşdırılıb. Bakı Nəqliyyat Agentliyinin İctimai əlaqələr və maarifləndirmə şöbəsindən verilən məlumata görə, bu məntəqələrdən 12-si hazırda müsabiqəyə çıxarılan yeni 125 nömrəli müntəzəm marşrut xəttinin keçdiyi ərazidə, 5-i isə 1 nörməli müntəzəm marşrut xəttinin hərəkət trayektoriyasına yeni daxil edilən Ələsgər Qayıbov küçəsində yerləşir. Bununla yanaşı yeni yaradılan Lökbatan Nəqliyyat Mübadilə Mərkəzində Bakı Kart ödəniş terminalları yerləşdirilib.Qafqazinfo.az

DİGƏR XƏBƏRLƏR

Top