"Mehriban Əliyeva onların səhvlərini aradan qaldırmaqla məşğul idi"

"Mehriban Əliyeva ölkədə nazirlik və komitələrin bəzi bivec rəhbərlərinin, həmçinin məhkəmə və icra strukturlarında çalışan çoxsaylı nöqsanlara yol verən hakim və rəhbər şəxslərin vətəndaşların çoxsaylı müraciət və şikayətlərinə biganəlik göstərənlərin səhvlərini aradan qaldırmaqla məşğul idi". "Yeniavaz.com" xəbər verir ki, bunu ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov bildirib.

"Bu danılmaz faktdır ki, çoxsaylı insanlar üzləşdikləri çətinliklərlə əlaqadar, haqsızlıqlara görə məhz ölkənin birinci xanımına daha çox etibar edirdilər, nəinki hansısa dövlət və ya hökumət məmuruna və ya idarəsinə",-deyə qeyd edən Üzeyir Cəfərov hesab edirəm ki, bundan sonra Azərbaycanda bu qədər nazirlik və komitə saxlanılmasına əsla ehtiyac yoxdur: "Ən azından Nazirlər Kabineti, digər icra strukturlarında olan xeyli sayda bir birini təkrarlayan qurumlar tez bir zamanda ləğv edilməli və onların yerinə kiçik sayda çevik, operativ iş qurmağı bacaran mobil sahələr fəaliyyətə başlamalıdır. Ümid edirəm ki, nəhayət ki, pensiya yaşı çoxdan çatmış xeyli sayda dövlət və hökumət nümayəndələri nəhayət ki, istirahətə yollanacaq və Azərbaycanın qısa bir zamanda gənc, perspektivli və savadlı bir idarəetmə komandası ilə qarşıda duran vəzifələri necə uğurlu yerinə yetirə biləcəyinin şahidi olacaqlar".

DİGƏR XƏBƏRLƏR

Top