Azərbaycanda şəkər xəstələrinin qorxunc STATİSTİKASI

Azərbaycanda müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı ilbəil artır. "Yeniavaz.com" saytı Dövlət Statistika Komitəsinin məlumatları əsasında xəbər verir ki, əgər 2000-ci ildə belə xəstələrin sayı 42 min 448 nəfər olubsa, hazırda bundan 5 dəfə çoxdur.

- 2000-ci ildə - 42 min 448 nəfər.

- 2005-ci ildə - 55 min 713 nəfər.

- 2007-ci ildə - 76 min 753 nəfər.

- 2008-ci ildə - 92 min 66 nəfər.

- 2009-cu ildə - 108 min 195 nəfər.

- 2010-cu ildə - 121 min 95 nəfər.

- 2011-ci ildə - 135 min 711 nəfər.

- 2012-ci ildə - 153 min 506 nəfər.

- 2013-cü ildə - 177 min 474 nəfər.

- 2014-cü ildə - 194 min 520 nəfər.

- 2015-ci ildə - 209 min 377 nəfər.

2000-ci ildə ilk dəfə qoyulmuş diaqnozla qeydə alınmış şəkərli diabet xəstələrinin sayında da kəskin fərq var.

- 2000-ci ildə - 5792 nəfər.

- 2005-ci ildə - 9825 nəfər.

- 2007-ci ildə - 13 min 993 nəfər.

- 2008-ci ildə - 25 min 358 nəfər.

- 2009-cu ildə - 22 min 975 nəfər.

- 2010-cu ildə - 20 min 634 nəfər.

- 2011-ci ildə - 22 min 104 nəfər.

- 2012-ci ildə - 23 min 498 nəfər.

- 2013-cü ildə - 24 min 182 nəfər.

- 2014-cü ildə - 25 min 152 nəfər.

- 2015-ci ildə - 24 min 352 nəfər.

Onlar arasında insulindən asılı olanların sayı isə təbii ki, olmayanlara nisbətən daha azdır. Yəni xəstələrin sayı artsa da, insulindən asılı olanların sayında ciddi artım yoxdur.

- 2000-ci ildə - 2315 nəfər.

- 2005-ci ildə - 2940 nəfər.

- 2007-ci ildə - 3417 nəfər.

- 2008-ci ildə - 5005 nəfər.

- 2009-cu ildə - 4470 nəfər.

- 2010-cu ildə - 5534 nəfər.

- 2011-ci ildə - 4270 nəfər.

- 2012-ci ildə - 5078 nəfər.

- 2013-cü ildə - 3510 nəfər.

- 2014-cü ildə - 3576 nəfər.

- 2015-ci ildə - 2391 nəfər.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top