Senat ABŞ hərbçilərinin Pribaltikada daimi əsaslarla qalmasını istəyir

Senat belə hesab edir ki, Pribaltika ölkələrində dislokasiya olunan ABŞ hərbçiləri orada daimi əsaslarla qalmalıdırlar. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Litvada səfərdə olan ABŞ Demokratik Partiyasından olan senator Riçard Durbin Litva prezidenti Daley Qribauskayte ilə görüşündən sonra jurnalistlərə açqılamasında deyib: "Mən ABŞ hərbçilərinin Pribaltika ölkələrində yalnız NATO qüvvələri çərçivəsində deyil, həm də Baltik ölkələrinin müstəqilliyini müdafiə etmək üçün götürdüyü öhdəliklər əsasında qalmasını arzulayıram".

O Litvaya ABŞ-ın yüksək səviyyədə hərbi yardım göstərməsi və bu dövlətlərə xaricdən gələ bləcək təhlükənin qarantı fumksiyasını öz üzərinə götürməsi üçün əlindən gələn köməyi edəcəyini vəd edib.

DİGƏR XƏBƏRLƏR

Top