Olland: "Böyük Britaniya fransalı miqrantların uşaqlarını qəbul etməlidir"

Prezident Fransua Olland Böyük Britaniyaya müraciət edərək onlara Fransada olan müqrantların uşaqlarını qəbul etməsi barədə öhdəliklərinin olduğunu xatırladıb. "Yeniavaz.com"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, Olland müharibə zonalarından olan uşaqların müdafiəsinə həsr edilən konfransındakı çıxışında onların qayğıya ehtiyacının olduğunu və bununla bağlı bəzi dövlətlərin öhdəliklər götürdüklərini xüsusi qeyd edib: "Mən Böyük Britaniyanı Fransadakı xüsusi mərkəzlərdə saxlanılan miqrant uşaqların qəbulu barədəki öhdəliyini yerinə yetirməyə çağırıram. Böyük Britaniya fransalı miqrantların uşaqlarını qəbul etməli və bununla bağlı əldə edilən razılıqlar yerinə yetirilməlidir".

Xatırladaq ki, Böyük Britaniya Fransadakı xüsusi düşərgələrdə saxlanılan miqrant uşaqların qəbulunu minimuma endirəcəyini və 350-dən artıq uşağa sığıncaq verməyəcəyini bəyan edib.

DİGƏR XƏBƏRLƏR

Top