Rusiya hökuməti Dövlət Dumasında və digər bütün səviyyəli qanunvericilik orqanlarında qadınların sayını 30 faizədək artırmağı təklif edir. “Yeniavaz.com”un “Vesti.ru”ya istinadən verdiyi məlumata görə, təklifin 2022-ci ildə icra edilməsi ehtimal olunur. Bu, 30 faiz hədəf göstəricisi 2017-2022-ci illər üzrə Rusiyanın qadınların marağına uyğun mili strateji fəaliyyətində yer alıb. Məlumata görə, müvafiq strategiya yaxın vaxtlarda imzalanacaq. Qeyd edək ki, daha əvvəl Rusiyanın baş naziri Dmitri Medvedev rusiyalı qadınlara 8 Mart hədiyyəsi bağışlayacağına dair vəd vermişdi. Layihə Əmək Nazirliyi tərəfindən hazırlanıb.