Azərbaycan gömrükçüləri pirotexniki vasitələr aşkar ediblər

Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük posrtunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan minik avtomobilinə gömrük baxışı keçirilib. Bu barədə DGK-dan bildirilib. Məlumata görə, yoxlama zamanı Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilin gizli saxlanc yerlərində 1 020 ədəd pirotexniki vasitə aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top