Zaqatalada olümlə nəticələnən yanğın olub-VİDEO

Zaqatalada olümlə nəticələnən yanğın hadisəsi baş verib. "Yeniavaz.com" xəbər verir ki, hadisə yerinə FHN-nin Zaqatala Rayon DYMH-nin texnikaları və canlı qüvvəsi cəlb edilib. Qısa müddət ərzində yanğın söndürüldükdən sonra çarpayının üstündə yanmış kişi meyiti aşkar edilib. Dərhal əraziyə təcili yardım həkimləri dəvət olunub. Araşdırmalar zamanı meyiti tapılan şəxsin 1937-ci il təvəllüdlü Rəsul Musa oğlu Musayev olduğu müəyyən edilib.

Ehtimal olunur ki, 80 yaşlı Rəsul Musayev tüstüdən boğularaq dünyasını dəyişib.

Yanğının elektrik plitəsində baş vermiş qısa qapanmadan yarandığı ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.

Ruslan Abdulov

Yangin

DİGƏR XƏBƏRLƏR

Top