"Həqiqət gec-tez öz yerini tutacaq" - Allahşükür Paşazadə

Cocuq Mərcanlı kəndində Şuşa məscidinə oxşar məscid tikiləcək. Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı keçirilən tədbirdə deyib.

A. Paşazadə bildirib ki, bununla bağlı prezident İlham Əliyev ona öz tövsiyələrini verib: "Məhz cənab prezidentin ideyası ilə Cocuq Mərcanlıda Şuşa məscidinə oxşar məscid tikiləcək".

“25 il öncə baş verən faciəni yaddan çıxara bilmərik. Həqiqət gec-tez öz yerini tutacaq. Xocalı faciəsi Azərbaycan xalqının qan yaddaşıdır”.

O vurğulayıb ki, ermənilərin Azərbaycan xalqına qarşı apardığı siyasət nəticəsində xeyli şəhid vermişik: “Dağlıq Qarabağda baş verən hər kəsə bəllidir. Biz bunları yaddan çıxara bilmərik. Bu faciələrdə dinindən asılı olmayaraq, bu qənaət gəlirik ki, insanları öldürmək olmaz”.
A.Paşazadə qeyd edib ki, Xocalı soyqırımı dünya ölkələri tanıyırlar: “Azərbaycanın 20 faiz torpaqlarının işğal edilməsini, insanların öldürülməsini, tarixi abidələrin məhv edilməsini dünya ictimaiyyətinə çatdırmalıyıq. Xocalı soyqırımı baş verdi, amma bu o demək deyil ki, Azərbaycan xalqı əyilib. Buna misal olaraq, ötən ilin aprelin baş verən döyüşlərini göstərmək olar. Biz işğal altında olan Lələtəpə yüksəkliyini azad etdik. Biz əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad ediləcək”.
QMİ-sədri vurğulayıb ki, “Xocalıya ədalət” kampaniyası çərçivəsində mühüm işlər görülüb.
O bildirib ki, Xocalı faciəsi ilə bağlı ölkədəki məscidlərdə fevralın 24-də dualar oxunacaq, ehsan veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top