İraqın neft naziri Cabir əl-Laibi və onun iranlı həmkarı Bijan Zangane İraq yataqlarından neftin ixracı üçün boru kəmərinin tikilməsi imkanının öyrənilməsi üzrə anlaşma memorandumu imzalayıblar. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, anlaşma memorandumu İraqın Kərkük bölgəsindəki yataqlardan neftin İran ərazisi ilə ixracını nəzərdə tutur. Saziş, həmçinin İraq neftini İranın neft emalı zavodlarına nəqli imkanını ehtiva edir.