Mettis ABŞ-ın İraq neftində gözü olmadığını bildirib

ABŞ İraq neftini ələ keçirmək niyyətində deyil. "Yeniavaz.com"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İraqa gözlənilməz səfər edən ABŞ-ın müdafiə naziri Ceyms Mettis deyib: "Biz İraqa ona görə gəlməmişik ki, kiminsə neftinə nəzarəti ələ keçirək. Biz həmişə neft və qaz alışına görə pul ödəmişik və ödəməkdə davam edəcəyik".

Xatırladaq ki, bir müddət əvvəl pezident Donald Tramp bəyan etmişdi ki, 2003-cü ildə İraqa qoşun yeridən ABŞ adı çəkilən ölkənin nefti üzərində nəzarəti ələ almalı idi. Bu baxımdan Mettisin açıqlaması ilə Trampın dediklərinin üst-üstə dişməməsi ölkə rəhbərliyində İraqa münasibətdə fikir ayrılıqlarının olması kimi dəyərləndirilir.

DİGƏR XƏBƏRLƏR

Top