Bill Qeytsdən xəbərdarlıq: 30 milyon adamı məhv edəcək bioterror təhlükəsi

"Maykrsoft"un yaradıcılarından olan dünyanınən zəngin iş adamı Bil Qeyts Münhendə keçirilən təhlükəsizlik konfransındakı çıxışında beynəlxalq aləmin diqqətini bioterrorizm təhlükəsinə cəlb edib. "Yeniavaz.com"un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Qeyts terrorçular tərəfindən istifadə edilə biləcək bir təhlükəli xəstəlikdən 30 milyon adamın ölə biləcəyi barədə xəbərdarlıq edib: "Terrorçuların növbəti hədəfi gen mühəndisliyinin əldə etdiyi uğurlardan yararlanaraq kompyuter vasitəsi ilə qorxulu virus əldə etmək və onlardan insanlara qarşı bioterror hücumuna əl atmaq ola bilər. Məsələn, bu, çiçək xəstəliyinin sintetik yolla əldə ediləcək virusu və ya hansısa qorxunc qrip növü ola bilər. Bu yolla terrorçular qısa müddətdə 30 milyon adamı məhv edə bilərlər. Yaxın 10-15 ildə dünya terrorçular tərəfindən bioterror hücumu təhlükəsi ilə qarşı-qarşıya qala bilər".

1918-ci ildə qrip xəstəliyinin 500 milyon nəfərə yoluxduğunu və nəticədə 100 milyon insanın bundan öldüyünü xatırladan Qeyts bioterror savaşına da indidən hazırlaşmaq barədə Qərbin dövlət başçılarına çağırış edib.

DİGƏR XƏBƏRLƏR

Top