Azərbaycanın Rusiyadan silah alması şübhəsiz ki, Ermənistanı qane etmir. "Yeniavaz.com"un verdiyi məlumata görə, bu barədə Ermənistanın Xarici İşlər naziri Edvard Nalbandyan RİA Novosti-yə açıqlamasında deyib: "Əlbəttə, Azərbaycanın müttəfiqimiz olan və bölgədə həmsədr ölkə kimi sülhün bərpasına çalışan Rusiyadan silah alması bizi narahat etməyə bilməz".
Nalbandyan eyni zamanda qeyd edib ki, qüvvələr balansını qoruyub saxlamaq üçün Ermənistan da əlavə tədbirlər həyata keçirməkdədir: "Biz bölgədə müharibənin yenidən başlamaması üçün hərbi qüvvələr balansını qoruyub saxlamağa xidmət edən tədbirlər həyata keçirməyə məcburuq".