Reket baş redaktorların qəzetləri də qapadılacaq? - Mətbuat Şurasından AÇIQLAMA

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) həyata keçirdiyi əməliyyatlarla reketçilikdə ittiham olunan “Gündəlik Bakı” qəzetinin və eyniadlı saytın baş redaktoru Habil Vəliyev, “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev, eyni zamanda qəzetin baş redaktorunun müavini Hikmət Nəcəfli bir müddət öncə saxlanılıb. Onlar barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Maraqlıdır, hazırda baş redaktorları həbsdə olan həmin qəzetlərin nəşri də qapadıla bilərmi?

"Yeniavaz.com" xəbər verir ki, Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Modern.az-a deyib ki, qəzetlərin nəşrinin dayandırılması birbaşa məhkəmələrin səlahiyyətində olan məsələdir:

“Eyni zamanda qəzetlərin çapının dayandırılması təsisçilərin və onların səlahiyyətli şəxslərinin verdiyi qərar əsasında reallaşa bilər. Redaktorların həbs olunması nəşrin dayandırılmasına səbəb ola bilməz”.

DİGƏR XƏBƏRLƏR

Top