Liviyadakı münaqişə NATO tərəfindən qarşıduran qruplara kömək etməklə idarə edilir. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə mətbuata açıqlamasında Liviyanın Milli Azadlıq Mübarizəsi Cəbhəsinin rəhbəri, Liviyanın keçmiş lideri Muammar Kəddafinin qardaşı Əhməd Kaddaf ad-Dam deyib: "Əgər Liviyanın indiki vəziyyətinə nəzər salsaq, onda NATO-nun əvvəlcə Liviyaya vahid cəbhə ilə gəldiyini, sonra isə ölkənin şərqində, qərbində və cənubunda qarşı duran tərəfləri silahlandırdığının şahidi olarıq. NATO bu yolla münaqişəni idarə edərək onun başa çatmasını istəmir".
Kaddaf ad-Dam bunu Qərbin Liviyanın parçalanması planını həyata keçirə bilməməsi ilə izah edir. O həmçinin xatırladıb ki, liviyalılar üçün bu münaqişədə qalib gələn tərəf olmayacaq.