Rusiya Türkiyədə “Google”a rəqib axtarış sistemi yaradır

Rusiyanın “Yandex” şirkəti Türkiyənin “Turkcell” mobil operatoru ilə “Yaani” axtarış sistemini sınaqdan keçirir. “Yeniavaz.com”un “İzvestiya” qəzetinə istinadən verdiyi məlumata görə, “Yandex” Türkiyədə “Yaani” brendi altında yeni axtarış sistemini istismara verəcək. Bu, Türkiyənin ən iri mobil operatoru “Turkcell” şirkəti ilə olan ortaq layihədir. Türkiyədə “Google” axtarış sistemi daha çox populyar olsa da, ölkədə bu sistemə giriş vaxtaşırı bloka alınır, Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyi isə öz milli axtarış sistemini hazırlayır. “Yaani” servisi .ru domen zonasında sınaqdan keçirilib. Domen bu il yanvarın sonunda alınıb. Axtarış əsasən türk saytlarında aparılır və türkcə məzmunda olur.

DİGƏR XƏBƏRLƏR

Top