S-300 raket sistemlərinin İrana neçəyə başa gəldiyi məlum oldu

Rusiyanın S-300 zenit raket sistemlərinin İrana tədarükü üzrə müqavilənin dəyəri təqribən 1 milyard dollar təşkil edib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiyanın “Rostex” dövlət korporasiyasının rəhbəri Sergey Şemzov IDEX-2017 beynəlxalq silah və hərbi texnika sərgisində deyib. Onun sözlərinə görə, İrana digər silah növlərinin satışı hələ planlaşdırılmır: “Ötən il S-300-ün tədarükünü başa çatdırdıq. Başqa hələ heç nə planlaşdırılmır”.

Qeyd edək ki, İrana S-300 zenit raket sistemlərinin tədarükü üzrə müqavilə 2007-ci ildə bağlanmışdı, lakin onun icrası 2010-cu ildə dayandırılmışdı. 2015-ci ilin yazında Rusiya prezidenti Vladimir Putin S-300 sistemlərinin İrana tədarükünə qoyulmuş qadağanı ləğv etdi, həmin ilin noyabrında müqavilə qüvvəyə mindi.

DİGƏR XƏBƏRLƏR

Top