Belçika türk iş adamlarını öldürən terrorçuya yekun hökm oxudu

Belçika məhkəməsi qiyabi mühakimə edilən DHKP-C (İnqilabi Xalq Azadlıq Partiyası – Cəbhəsi) terror təşkilatının üzvü Fəxriyə Ərdala Türkiyədə törətdiyi cinayətlərə görə 15 il həbs cəzası verib. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, məhkəmə terrorçuya 10 il mülki və siyasi haqlardan məhrumetmə cəzası da verib. Bundan başqa Brügge Ağır Cinayətlər Məhkəməsi F. Ərdalın dərhal tutulmasına dair hökm çıxarıb. 2006-cı ildə ev dustaqlığında olarkən qaçan terrorçu haqqında qırmızı bülletinin çıxarılması gözlənilir.

Xatırladaq ki, 1996-cı il yanvarın 9-da DHKP-C terrorçular iş adamı Özdəmir Sabancı ilə “Toyotosa”nın baş direktoru Haluk Görgün və katibəsi Nilgün Hasefeni qətlə yetirmişdilər. Cinayətin F. Ərdal, İsmayıl Akkol və Mustafa Duyar tərəfindən törədildiyi müəyyən edilib. M. Duyar tutularaq həbsxanaya yerləşdirilmişdi. 1999-cu ildə həbsxanada baş verən qiyam zamanı öldürülmüşdü. Qaçdığı Yunanıstanda mühakimə edilən İ. Akkol sərbəst buraxıldıqdan sonra 2016-cı ilin yanvarında Türkiyəyə qanunsuz yolla keçərkən tutulmuşdu. F. Ərdal Belçikaya qaçmağa müvəffəq olmuşdu. Saxta pasportla tutulan terrorçu Belçikada bir ilə yaxın həbsxanada qaldıqdan sonra ev həbsinə məhkum edildi. O, 2006-cı ilin martında ev həbsindən qaça bilib. Onun harada olduğu məlum deyil.

DİGƏR XƏBƏRLƏR

Top