11 ilin müəllimi diaqnostik qiymətləndirmə imtahanına buraxılmır Video

11 ildir işləyən ibtidai sinif müəlliməsi, "diplomun saxtadır" iddiası ilə diaqnostik qiymətləndirmə imtahanına buraxılmır. Tragikomik xəbər Qubadandır. Rayonun Alekseyevka kəndinin məktəb direktoru da bu iddia ilə onu bir neçə il əvvəl çıxarsa da məhkəmə onu işinə bərpa edib. Digər müəllimlərdən heç də geri qalmadığını şagirdləri ilə əyani sübut etməyə hazır olan 11 illik müəllimə indi də eyni iddia ilə diaqnostik qiymətləndirmə imtahanına buraxılmır. Müəllimə başına gələnlərdə məhz direktoru günahlandırır.

"Müəllimlərin Diaqnostiq Qiymətləndirilməsi" imtahanı vermək istəsə də məktəb direktoru adını salmayıb.

Azərbaycan Ali Tədbiqi Elmlər Kollecini 1998-ci ildə bitirən Sevil Bəgəliyeva 2005-ci ildən Qubanın Alekseyevka kənd tam orta məktəbində İbtidai sinif müəlliməsi işləyir. Deyir ki, məktəbin direktoru İsa Əlixanlı 4 il əvvəl onu işdən azad edib, lakin məhkəmə qərarı ilə yenidən işə qayıdıb.

Son günlərdə Diaqnostik Qiymətləndirmə imtahanı vermək üçün qeydiyyata alınmayan müəllimə yenə direktoru günahlandırır.

Buna görə direktorla müəllimə arasında mübahisələr də olub. İsa Əlixanlı Sevil Bəgəliyevanın diplomun saxta olduğunu iddia edir. Onun sözlərinə görə müəllimənin Sənədlərini göndərsə də nazirlik təsdiqlənməmiş diplom olduğuna görə qeydiyyata almayıb.

Quba rayon Təhsil Şöbəsinin müdürü Loğman Müslümov isə bildirir ki, məsələdən xəbərdardır. Ancaq bununla bağlı son qərarı Təhsil Nazirliyi verəcək. Təhsil Nazirliyinin rəsmisi isə deyir ki, məsələyə müraciətdən sonra baxıla bilər.

İndi 11 illik təcrübəsi olan müəllimə Sevil Bəgəliyeva problemin araşdırılması üçün nazirliyə rəsmi müraciət edəcək.

Muəllim

DİGƏR XƏBƏRLƏR

Top