Çernoqoriya Rusiyanın ölkədə dövlət çevrilişi cəhdində iştirak etdiyini bildirib

Çernoqoriya prokurorluğunun xüsusi nümayəndəsi Milivoe Katniç Rusiyanın ölkədə dövlət çevrilişinə cəhd etmə cəhdinə baş vurmasının faktlarla sübuta yetirildiyini söyləyib. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bundan məqsəd Çernoqoriyanın NATO-ya üzv olmasına mane olmaq olub. Katniç deyib ki, Rusiyanın Çernoqoriyada dövlət çevrilişinə cəhd etməsi ilə bağlı çoxlu faktlar var. Onun sözlərinə görə, çevriliş cəhdində iştirak edən Rusiya vətəndaşı, soyadı Şirokov olan şəxs əslində Eduard Şişmakovdur: "Çernoqoriyanın ö dövrdəki baş naziri Cukanoviçin öldürülməsini və ölkənin NATO-ya üzv olmasının bu yolla qarşısını almağa xidmət edən çevriliş cəhdində Şirokov soyadı altında gizlənən Rusiya vətəndaşı Eduard Şişmakov iştirak edib. Rusiyanın Varşavadakı səfirliyində hərbi attaşe vəzifəsində çalışan Şişmakov 2014-cü ildə casusluq üstündə Polşadan qovulub. O Rusiya xüsusi xidmət orqanlarının əməkdaşıdır".

DİGƏR XƏBƏRLƏR

Top