İğdırdan Naxçıvana gedən avtobus qəzaya düşüb - ölənlər arasında azərbaycanlılar da var​

İğdırda dəhşətli yol qəzası baş verib. Hadisə İğdırdan Naxçıvana gedən yolda qeydə alınıb.

İki sərnişin avtobusu toqquşub. 7 nəfərin öldüyü, 28 nəfərin yaralandığı bildirlir. Hadisə yerinə çox sayda ambulans və xilasedici cəlb edilib.

Nəqliyyat vasitələrində sıxışıb qalan insanların olduğu qeyd edilir.

İğdır Dövlət Xəstəxanasından APA TV-yə verilən məlumata görə, ölən və yaralananlar arasında 6 Azərbaycan vətəndaşı var. Onlardan ikisi sürücülər, 4 nəfəri isə sərnişindir. Ölən və xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.

***

11:54

Türkiyədə iki sərnişin avtobusunun toqquşması nəticəsində 6 nəfər ölüb, 15 nəfər isə yaralanıb. Türkiyə mediasının məlumatına görə, bunu İğdır valisi Ahmet Turqay Alpman bildirib. Hadisə İğdır-Aralık avtomobil yolunda baş verib. Qəzanın səbəbi araşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top