.jpg)
Beynəlxalq aləmin etirazlarına baxmayaraq bu gün Dağlıq Qarabağda separatçılar tərəfindən "konustitusiya referendumu" keçirilir. "Yeniavaz.com"un nevs.am-a istinadən verdiyi məlumata görə, "seçkilərdə" səsvermə hüququ olan 102 min 700 nəfər iştirak edir. "Seçkiləri" 30 ölkədən104 müşahidəçinin izlədiyi bildirilir. Onların arasında Rusiya, Böyük Britaniya, Fransa və digər dövlətlərin nümayəndələrinin olduğu barədə məlumatlar verilir. Buna paralel olaraq qondarma qurum tərəfindən "seçkiləri" izləmək üçün xarici ölkələrdən 80 jurnalist dəvət edilib. Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi bu “seçkiləri” qeyri-qanuni hesab edərək bununla bağlı rəsmi şəkildə bəyanat verib. Eyni zamanda bir çox beynəlxalq təşkilatlar və əksər dövlətlər Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımadıqlarını və "referendum"u qeyri-qanuni hesab etdiklərini bildiriblər.
Tətbiqimizi yükləyə bilərsiniz