“Qəbələ” liderliyə yüksəlib: "Komandam ən yaxşı sözlərə layiqdi”

Bu gün Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulub. Turun son oyun günündə iki qarşılaşma baş tutub.

Günə Sumqayıtda start verilib. Avrokuboklar uğrunda döyüşən “Sumqayıt” autsayderi sınağa çəkib. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yusif Nəbiyevin vurduğu qol yeganə olub. "Kimyaçılar" qələbə nəticəsində bir günlük aradan sonra 4-cü pilləyə qayıdıb.

Həftəyə Qəbələdə yekun vurulub. Turun mərkəzi oyununda çempionatın liderləri olan “Qəbələ” ilə “Qarabağ” üz-üzə gəliblər.

Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb. İlk hissədə Zenyov, ikinci hissədə Filip Ozobiç komandalarına qələbə gətirən qollara imza atıblar. "Qəbələ" qazandığı 3 xal nəticəsində liderliyə yüksəlib.

“Gözlədiyim hər şey baş verdi. Meydanda ciddi, keyfiyyətli, yüksək səviyəli oyun gedirdi”. Bunu “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

Azərbaycan Premyer Liqasının XIX turunda doğma meydanda “Qarabağ”ı qəbul edən meydan sahibləri 2:0 hesablı qələbəyə seviniblər.

Qriqorçuk bildirib ki, hər iki komanda əla çıxış edib: “Bu cür oyunda qələbə qazanmaqdan çox razıyam. Görüşün əvvəllərində təzyiqdən yaranmış bəzi səhvlərimiz var idi, ancaq sonradan hər şey düzəldi. Bu da psixoloji amillərlə bağlıdır. Ancaq tədricən komanda öz oyunun tapdı. Komandam ən yaxşı sözlərə layiqdi”.apasport.az

DİGƏR XƏBƏRLƏR

Top