Rekord sayda miqrant Almaniyadan çıxarılacaq

2017-ci ildə rekord sayda miqrant Almaniyadan deportasiya ediləcək. “Yeniavaz.com”un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Almaniya kansleri Angela Merkelin administrasiyasının rəhbəri Peter Altmayer deyib. Onun sözlərinə görə, 2016-cı ildə sığınacağın verilməsi üçün edilən 700 min sorğudan təqribən 300 mini müsbət qarşılanmayıb. P. Altmayer əlavə edib ki, 2016-cı ildə Almaniyadan təqribən 80 min miqrant deportasiya edilib. Müşahidəçilər qeyd edirlər ki, bu qərar sentyabrda kansler seçkilərində seçicilərin səslərini qazanmaq üçün verilib, çünki A. Merkelin miqrantlara qarşı siyasəti əhali arasında populyar deyil.

DİGƏR XƏBƏRLƏR

Top